AXCP fəalının saxlanıldığı bildirilir

Mirfeyzulla Seyidovun saxlanılma səbəbi açıqlanmayıb

Source:
Mirfeyzulla Seyidov
Mirfeyzulla Seyidov
Mirfeyzulla Seyidov
Mirfeyzulla Seyidov


Mirfeyzulla Seyidovun saxlanılma səbəbi açıqlanmayıb

Mayın 9-da günorta saatlarında AXCP Xətai rayon təşkilatının məclis üzvü Mirfeyzulla Seyidovun saxlanıldığı bildirilir.

Onun yeri bir gün sonra, mayın 10-da məlum olub.

Meydan TV-yə məlumat verən AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn deyir ki, Nərimanov Rayon Polis İdarəsindən M.Seyidovun ailəsinə zəng edib, ictimai fəalın orda saxlandığını xəbər veriblər.

Amma M.Seyidovun saxlanılmasının səbəbləri ailəsinə açıqlanmayıb.

“Ailəsinə deyilib ki, tez bir zamanda ona lazım olan dərmanları çatdırsınlar. AXCP-nin fəallarından olan Seyid Mirfeyzulla uzun zamandır dializ xəstəsidir. Xeyli müddətdir bu xəstəlikdən müalicə olunur və ailəsinin bildirdiyinə görə sabah onun dializ almaq vaxtıdır”- İlham Hüseyn deyib.

İlham Hüseyn Mirfeyzulla Seyidovun vəkilinin kim olacağı haqda suala konkret cavab verməkdə çətinlik çəkib:

“Hazırda vəkillərin sayı az olduğundan bu barədə heç nə söyləyə bilmərəm”.

Nərimanov Rayon Polis İdarəsindən Meydan TV-yə M.Seyidovun saxlanıldığı təsdiqlənsə də, onu nədə günahlandırdıqları barədə məlumat verilməyib.

Ana səhifəXəbərlərAXCP fəalının saxlanıldığı bildirilir