AXCP fəalının məhkəməsi təxirə salındı

Ali Məhkəmənin hakim heyəti işlə tanış olmadığını əsas gətirib

Source:
Murad Adilov
Murad Adilov
Murad Adilov
Murad Adilov


Ali Məhkəmənin hakim heyəti işlə tanış olmadığını əsas gətirib

Ali Məhkəmə AXCP-nin Sabirabad rayon şöbəsinin üzvü Murad Adilovun kassasiya şikayətinə baxışı aprelin 22-ə təxirə salıb. Meydan Tv-nin müxbirinin verdiyi məlumata görə, Ali Məhkəmənin hakim heyəti işlə tanış olmadıqlarını əsas gətirib.

M.Adilov 2014-cü il avqustun 11-də DİN-in Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 14-də Murad Adilov barəsində hökm oxunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirli bilinib və 6 il azadlıqdan məhrum edilib.

Murad Adilov AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilovun qardaşıdır.

Ana səhifəXəbərlərAXCP fəalının məhkəməsi təxirə salındı