AXCP fəalının işi məhkəməyə göndərilir

Vəkil: Cinayət işinin materialları da şişirdilib

Source:


Vəkil: Cinayət işinin materialları da şişirdilib

“İstintaq altında olan Azərbaycan Xalq Cəbhəsi fəalı Fuad Əhmədli ilə bağlı cinayət işinin materialları ilə tanış olmağı başa vurduq, indi işin məhkəməyə göndərilməsini gözləyirik”, – məlumatı F. Əhmədlinin vəkili Əshabəli Mustafayev Turan-a bildirib.

O, cinayət işinin iki cilddən ibarət olduğunu deyib, amma bunun çoxunun birbaşa cinayət işinə aidiyyatı olmadığını söyləyib: “Bu iki cildin demək olar ki, birinin yarısı qanunlardan çıxarışlara həsr edilib, qalan yarısını bizim məhkəmə qərarlarından verdiyimiz şikayətlərə, qaldırdığımız vəsatətlərə, axtarış zamanı Fuadgilin evindən tapıldığı deyilən kitablara, disklərə aiddir. İkinci cildin yarısı şahid ifadələridir, birbaşa Fuada aid 50-60 səhifəlik bir həcm var. Bunu deyə bilərəm ki, cinayət işinin materialları da şişirdilib, yəni, həcm çox görünsün deyə yazıblar”.

Vəkil F.Əhmədlinin həbsindən, daha sonra 3 dəfə həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərarlardan verdiyi şikayətlər haqda danışıb.

Ə.Mustafayev bu işin martın 20-30-u arasında Bakı Ağır Cinayətlərə dair Məhkəməyə göndəriləcəyini düşündüyünü söyləyib.

F.Əhmədli 2016-cı il avqustun 18-də Dövlət Təhlükəsziliyi Xidməti tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Mart ayında həbs qətimkan tədbiri daha 3 ay uzadılmazdan bir gün öncə 302.1-ci maddə ağırlaşdırıcı hal kimi 302.2-ci ilə ( xüsusi avdanlıqlar vasitəsilə dinləmə) maddəsilə əvəz edilib.

Amma AXCP bəyanat yayaraq F. Əhmədlinin hər hansı cinayət törətmədiyi, siyasi fəaliyyətinə görə cəzalandırıldığı, bu həbsin partiyaya təzyiqin tərkib hissəsi olduğu barədə bəyanat yayıb.

Ana səhifəXəbərlərAXCP fəalının işi məhkəməyə göndərilir