AXCP fəalına 30 sutka həbs cəzası verilib

Yaxınları Fizuli Hüseynovdan artıq bir neçə gün idi ki, məlumat ala bilmirdilər.

Source:
Həbs-arxiv
Həbs-arxiv


Yaxınları Fizuli Hüseynovdan artıq bir neçə gün idi ki, məlumat ala bilmirdilər.

AXCP Xətai şöbəsinin üzvü Fizuli Hüseynovun yanvarın 27-də Abşeron rayonu ərazisində saxlanılaraq polis bölməsinə aparıldığı bəlli olub. Bu  barədə partiyaya yaxın mənbələr məlumat yayıb.

Abşeron Rayon Məhkəməsinə gətirilən Fizuli Hüseynov polisə müqavimət ittihamı ilə inzibati qaydada 30 sutka müddətinə azadlıqdan məhrum edilib. Onun sosial şəbəkələrdəki fəaliyyətinə görə həbs olunduğu ehtimal edilir.

Yaxınları Fizuli Hüseynovdan artıq bir neçə gün idi ki, məlumat ala bilmirdilər.

Ölkədə bahalığa etiraz olaraq yanvarın əvvəllərində əhalinin bölgələrdə keçirilən aksiyalarından sonra 10-dan çox siyasi fəal və bloqqer həbs edilib.

Ana səhifəXəbərlərAXCP fəalına 30 sutka həbs cəzası verilib