AXCP fəalı həbs edilib

Əvvəlcə doğmalarına bildiriblər ki, Emil İsgəndərov 5 gün müddətinə həbs edilib. Sonradan məlum olub ki, fəalı 30 gün həbs ediblər

Source:


Əvvəlcə doğmalarına bildiriblər ki, Emil İsgəndərov 5 gün müddətinə həbs edilib. Sonradan məlum olub ki, fəalı 30 gün həbs ediblər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənclər komitəsinin üzvü Emil İsgəndərov polisə tabe olmama ittihamı ilə inzibati qaydada 30 gün həbs olunub.

AXCP-dən “Turan”a verilən məlumata görə, fəal noyabrın 15-də səhər Binə qəsəbəsində saxlanılıb. Əvvəlcə Mərdəkan qəsəbəsindəki polis bölməsinə, oradan da Bakının Yasamal rayon polis idarəsinə aparılıb. Əvvəlcə doğmalarına bildiriblər ki, E.İsgəndərov 5 gün müddətinə həbs edilib. Sonradan məlum olub ki, fəalı 30 gün həbs ediblər.

AXCP E.İsgəndərovun həbsini hakimiyyətin müxalif əhval-ruhiyyəli gənclərə qarşı repressiyalarının tərkib hissəsi kimi qiymətləndirib.

Hələlik hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

Ana səhifəXəbərlərAXCP fəalı həbs edilib