AXCP fəalı həbs edilib

Rahib Səlimov polisə tabe olmamaqda günahlandırılır

Source:

Rahib Səlimov
Rahib Səlimov


Rahib Səlimov polisə tabe olmamaqda günahlandırılır

Mayın 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakının Nizami rayon şöbəsinin fəalı Rahib Səlimov həbs edilib.

Məlumatı

“Turan”

AXCP-yə istinadən yayıb.

Bildirilir ki, Nizami Rayon Məhkəməsi Rahid Səlimovu 25 sutka inzibati həbsə məhkum edib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanunu tələbinə tabe olmamaq) təqsirli bilinir.

“Əvvəlcə fəalın atası Ədalət Səlimov Nizami Rayon Polis İdarəsinə çağırılıb. Atası Rahibə zəng edib. Rahib polisə gələndən sonra atanı azad edib, oğlunu saxlayıblar”, deyə məlumatda qeyd edilir.

AXCP bildirir ki, Rahib Səlimli paylaşdığı son statusunda “xəstə cəbhədaşlarımı azad et, məni tut” kampaniyasını davam etdirib.

“AXCP fəallarına qarşı repressiya davam edir. Sonra da deyirsiniz ki, hakimiyyət bizim tələb və təkliflərimizi eşitmir, bu da nümunə, dünən Feyzullah Seyidov ev dustaqlığına buraxıldı, əvəzində Rahib Səlimli həbs olundu, belə operativliyə bir alqış…”, deyə AXCP bildirir.

Rəsmi qurumlar fəalın həbsi ilə bağlı hələ məlumat yaymayıb.

Mayın 22-də Müsavat Partiyasının Xətai rayon təşkilatınım sədr müavini Elvin Abdullayev də eyni maddə ilə təqsirləndirilib və 30 sutka inzibati cəza alıb. Onun da öncə anası polis bölməsinə aparılıb, sonra özünün həbs olunduğu

deyilir

.

Ana səhifəXəbərlərAXCP fəalı həbs edilib