AXCP fəalından dünən günortadan xəbər yoxdur

Murad Sultan – Foto: şəxsi Facebook səhifəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət Təftiş Komissiyasının sədri Murad Sultandan dekabrın 16-ı günortadan etibarən xəbər yoxdur.

Bu barədə AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat verib.

Ədilov deyib ki, Murad Sultanın telefonuna zəng çatmır. 

O bildirib ki, adətən belə hallarda şəxslərin sonradan hansısa strukturların əlində olduğu bəlli olur. Bu səbəbdən Natiq Ədilov partiya fəalının saxlandığını ehtimal edir. 

Hazırda AXCP-nin sədri Əli Kərimli və 20-dən çox üzvü həbsdədir.

Partiya həbsləri siyasi sifariş kimi qiymətləndirir.

Ana səhifəSiyasətAXCP fəalından dünən günortadan xəbər yoxdur