AXCP fəalı 30 sutka həbs olunub

Murad Sultan – Foto: şəxsi Facebook səhifəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət Təftiş Komissiyasının sədri Murad Sultan 30 sutkalıq inzibati həbsə məhkum edilib.  

Bu barədə partiyadan məlumat verilib.

Murad Sultandan dekabrın 16-ı günorta saatlarından xəbər almaq mümkün deyildi.

Verilən məlumata görə Sultan Qarabağ qazisidir, səhhətində ciddi problemlər var. O, bundan öncə də, bir neçə dəfə inzibati qaydada həbs edilib.

Hazırda AXCP-nin sədri Əli Kərimli və 20-dən çox üzvü həbsdədir.

Partiya həbsləri siyasi sifariş kimi qiymətləndirir.

Ana səhifəSiyasətAXCP fəalı 30 sutka həbs olunub