AXCP daha iki fəalının saxlandığını bildirib

”Fəallardan birinə 25 sutka inzibati həbs verildiyi bildirilir”

Source:


”Fəallardan birinə 25 sutka inzibati həbs verildiyi bildirilir”

Azərbaycan Xalq Cəbhəs Partiyası (AXCP) daha iki fəalının polis tərəfindən saxlandığını bildirib.

Bu barədə “Turan” agentliyinə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn məlumat verib.

Onun sözlərinə görə, fəallardan Elnur Cabbarlı fevralın 3-ü axşam saatlarında evlərindən Abşeron rayon Polis Şöbəsinə aparılıb:

“Amil Məmmədzadəni isə fevralın 4-ü saat 16 radələrində saxlayıblar və o Suraxanı rayon Polis İdarəsinə gətirilib”.

İlham Hüseyn vurğulayıb ki, gənclərin saxlanması siyasi fəallıqları ilə bağlıdır:

“Ehtimal edirəm ki, onlara da 20-25 sutka inzibati cəza verilə bilər”.

Bu deyilənlərə, hələlik, adları çəkilən polis idarələrindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Fevralın 4-ü axşama doğru məlum olub ki, Məmmədzadə 25 sutka müddətinə inzibati həbsə məhkum olunub.

AXCP-dən verilən məlumata görə, təkcə bu ilin yanvar ayında 30-a yaxın siyasi fəal inzibati hüquq pozmalarında günahlandırılaraq 20-25 sutkalıq həbs cəzası alıb. Bundan başqa bu partiyanın 10-a yaxın fəalı hazırda uzunmüddətli həsbdədir. Partiya onların siyasi fəaliyyətləri ilə bağlı şərlənərək həbs edildiyini bəyan edib. Rəsmilər ölkədə insanların siyasi baxış və fəaliyyətlərinə görə, təqib olunduğu ilə bağlı iddiaları əsassız sayırlar.

Ana səhifəXəbərlərAXCP daha iki fəalının saxlandığını bildirib