AXCP-çi qadınlar “Polis zorakılığına son!” aksiyası keçirib

Fatima Mövlamlı 1 saat sonra buraxılsa da, Tünzalə Əmirova, Gülnarə Rəhimova, Könül Əhmədova, Mətanət Rzayeva və digərləri hələ 22-ci polis bölməsindədir.

Source: Specify Source


Aksiya zamanı saxlanılanlar var

İyunun 18-də AXCP Qadınlar Şurasının fəalları Səməd Vurğun bağında "Polis zorakılığına son!" şüarıyla aksiya keçirməyə cəhd ediblər. Onlar iyunun 8-də Çevik Polis Alayının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki əməliyyatına etiraz ediblər. Tədbir başlanmazdan əvvəl ərazi polislər tərəfindən mühasirəyə alınıb. Bundan sonra əraziyə gələn AXCP üzvləri saxlanılaraq 22-ci polis bölməsinə aparılıb. Saxlanılanlar arasında reportyor Fatima Mövlamı da var.

Fatima Mövlamlı 1 saat sonra buraxılsa da, Tünzalə Əmirova, Gülnarə Rəhimova, Könül Əhmədova, Mətanət Rzayeva və digərləri hələ 22-ci polis bölməsindədir.

İyunun 8-də səhər 7 radələrində Çevik Polis Alayı Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən yaşayş binasında əməliyyat keçirib və 11 sakin yatağından qaldırılaraq aparılıb. Buna səbəb kimi iyunun 7-də sakinlərin polisin vətəndaşlara qarşı sərt davranışına etiraz əlaməti olaraq eyvanlardan zibil tullaması olub.

Ana səhifəSiyasətAXCP-çi qadınlar “Polis zorakılığına son!” aksiyası keçirib