”Kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə qaytarılıb”
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına verildiyi deyilir.
Bu barədə APA-ya Avtovağzaldan bildirilib.
Deyilib ki, mayın 11-dən etibarən kompleks Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərəcək:
“Kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə qaytarılıb”.
Bir müddət öncə Bakı Beynəlxalq Avtovağzal Kompleksi Nəqliyyat Nazirliyindən alınaraq Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsinin balansına verilmişdi.
Fevralın 13-də isə prezidentin sərəncamı ilə Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi edilmişdi.