Avtotəmir sexində partlayış nəticəsində 4 nəfər ölüb

Sahib Məmmədov: ”Məsuliyyət işə götürənin üzərinə düşür”

Source:


Sahib Məmmədov: ”Məsuliyyət işə götürənin üzərinə düşür”

Bakı-Quba yolunun 29 km-də fəaliyyət göstərən avtotəmir sexində iyulun 28-də saat 19:00 radələrində “DAF” markalı 99 JD 282 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılarkən partlayış baş verib.

Hadisə nəticəsində avtotəmir sexində usta işləyən Məlikov Müsü Bəhmən oğlu, Məlikov Rövşən Ramiz oğlu və Quliyev Akif Eldar oğlu, eləcə də “DAF” markalı avtomobilin sahibi Rüstəmov Fərhad Əhməd oğlu 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilsələr də, ölüblər.

Məlumatı “

Report

” agentliyinə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-texniki-təhlükəsizlik ekspertizası təyin edilib, fotoşəkillər çəkilib və hadisəni əks etdirən videogörüntülər götürülüb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Meydan TV-yə deyib ki, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları xüsusi kobudluqla pozulub, işçilər əvvəlcədən təlimatlandırılmayıb və nəticədə bədbəxt hadisə baş verib.

O qeyd edib ki, bu hadisə işçinin günahı səbəbindən baş versə də, məsuliyyət işə götürənin üzərinə düşür.

“Yəni texniki təhlükəsizlik qaydalarını təmin etmək vəzifəsi işə götürənin üzərindədir”.

Sahib Məmmədov təəssüflənir ki, sahibkarlar, özəl sektor yoxlamaların dayandırılmasından, o cümlədən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarına bu cür yerlərə girişinə qadağa qoyulmasından sui-istifadə edirlər.

Sahib Məmmədov
Sahib Məmmədov

Sahib Məmmədov sual edir ki, vəfat edən işçilərlə əmək müqaviləsi imzalanmışdımı, yaxud müqavilə bağlanmışdısa, icbari sığortaları var idimi?

“Əgər əmək müqaviləsi yoxdursa, icbari sığorta da mümkün deyil. Çünki hər hansı şirkət əmək müqaviləsi və ya mülki müqaviləsi olmayan şəxsləri sığortalamırlar. Belə olanda vəfat edənlərin ailələrinə kompensasiya necə veriləcək? Qanuna görə işə götürən maddi məsələni öz üzərinə götürməlidir. Bütün hallarda istehsalatda baş verən qəzaların səbəbləri işçiləri əmək müqaviləsinin rəsmiləşdirilməməsidir. Burda bir ciddi məqam var, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi etirafına görə, qeyri-rəsmi əmək bazarının həcmi 33 faizdir, ancaq mən daha yüksək olduğunu düşünürəm”.

Ana səhifəXəbərlərAvtotəmir sexində partlayış nəticəsində 4 nəfər ölüb