Avtostop qiyam kimi – aktivist qız hüquq bərabərliyi ideyasını yaymaq üçün dünyanı gəzir


Fidan Nəzərova Meydan-TV-yə etirazın qeyri-adi formasından və onun cəmiyyətdə nəyi dəyişdiyindən danışır


Yeddi oğul

Ənənəvi Azərbaycan toyunda belə bir adət var: bəyin sağdışı gəlinin belinə qırmızı lent bağlayaraq deyir: “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”. Ölkənin hər yerində qorunub saxlanmış bu adət cəmiyyətin gözləntisini yaxşı əks etdirir. Azərbaycan Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, ölkədə hər yeni doğulan 100 qız uşağının payına 112 oğlan uşağı düşür (norma 107 oğlan və 105 qızdır). Bu uyğunsuzluğun əsas səbəblərindən biri selektiv abortlardır. Azərbaycan selektiv abortların sayı üzrə Çindən sonra ikinci yeri

tutur

.

Dünyaya göz açmış qız uşaqları bir az böyüyən kimi diskriminasiya obyektinə çevrilir. Azərbaycan əyalətlərində uşaq əməyinin istismarı problemi aşkar mövcuddur: qız uşaqları yazmağı-oxumağı öyrənər-öyrənməz valideynlərinə təsərrüfat işlərində kömək etmək üçün məktəbdən uzaqlaşdırılır.

Azərbaycanın digər fəlakəti erkən nikahlardır. Təkcə rəsmi məlumata görə, ölkədə hər il 400-600 həddi-büluğa çatmamış qızlarla nikah bağlanır. Söhbət, adətən, 15-17 yaşlı qızlardan gedir. Bu cür nikahlar qanunla cəzalandırılmalı olsa da, ölkədə bununla bağlı məhkəmə işləri ictimailəşdirilməyib.

“Azərbaycanda hamı tərəfindən qəbul olunmuş “əsl qadın” nümunəsi başıaşağı və o qədər də savadlı olmayan evdar qadındır. O, “evdə oturub” uşaq böyüdür”, – Azərbaycan Hüquq Müdafiəsi Mərkəzinin rəhbəri Eldar Zeynalov deyir.

“Ölkədə qızlara təhsil almağa maneçilik törədən heç bir normativ akt yoxdur”, – o izah edir, – “lakin (mühafizəkar çevrələrdə) savad qiymətləndirilmir və hətta

mane olur

”.

Yerli Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, 2017-ci ildə 35 faizə yaxın azərbaycanlı qadın zorakılığa məruz qalıb. Bununla belə, qanunvericilik, bəzi ölkələrdə olduğu kimi, erkən nikahları ev zorakılığı formasına daxil etmir.

2018-ci ilin yanvarında Azərbaycan

Avropa Şurasının

 qadınlara münasibətdə zorakılıqla mübarizə üzrə İstanbul konvensiyasına qol çəkməyib. Həmin konvensiyaya imza atmış və onu təsdiqləmiş ölkələr qadınlara münasibətdə zorakılığa qarşı konkret ölçü tədbirləri görməlidir.

Ölkədə “Məişət zorakılığının qarşısının alınması” haqda qanun var, lakin o işləmir.

Hər il yenilənən dünya “Gender uyğunsuzluğu indeksi (The Global Gender Gap Index) 2017-ci ildə Azərbaycanı sondan 14-cü yerə qoyub (siyahıda 144 ölkədən 97-ci).


Qızğın maraq

Ədalətsizlik ölkədə demokratik institutların ümumi zəifləməsindən irəli gəlir, – hüquq müdafiəçisi Gülnarə Mehdiyeva hesab edir.

Azərbaycanda son on il ərzində qeyri-hökumət sektoru gözgörəsi mövqeyini təslim etməli olub, səbəbsə hüquq müdafiəçilərinin və aktivistlərin daim təqib olunmasıdır. Fəaliyyətdə olan qeyri-hökumət təşkilatlarının sayı iki yüzdən əlliyə enib, üstəlik onlar da işləmir, – “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Əvəz Həsənov

deyir

.

Lakin buna baxmayaraq, cəmiyyətdə yenə də hüquq bərabərliyi uğrunda mübarizə aparan aktivistlərin səsi eşidilir.

“Feminizmin təsiri zamanla Azərbaycanda da hiss olunacaq. Belə ki “gender” termini artıq kifayət qədər kök salıb. Düzdür, ona olan reaksiya hələ ki mənfidir, amma mövzunun özü qızğın maraq doğurur”, – Nəfəs LGBT alyansının üzvü, gender məsələləri üzrə ekspert Gülnarə Mehdiyeva deyir.

Təəssüf ki, “qızğın maraq” öz mövqeyini səsləndirməyə cürət etmiş qadının ünvanına aşkar aqresiyanı əks etdirə bilər.


Atadan və qardaşdan soruşmadan

“Biz patriarxal ölkədə yaşayırıq, burda cəmiyyət qadının hər addımını diqtə edir. O, müəyyən yaş dövründə nə etməli və müəyyən yerlərdə özünü necə aparmalıdır. Hətta qadının kiminlə və necə səyahət etməsini də özü deyil, hansısa yazılmamış qanun küliyyatı müəyyənləşdirir, – kürək çantasını dolduran aktivist Fidan Nəzərova deyir. – Mənsə göstərmək istəyirəm ki, qadın ən azından səyahət edərkən müstəqil və azaddır”.

Fidan hüquq bərabərliyi naminə kifayət qədər gözlənilməz kampaniya forması seçib – o, dünyanı səyahət edir. O, öz ideyalarının həqiqətən rezonans doğurması üçün ən ekstremal (mühafizəkar Azərbaycan cəmiyyəti üçün) səyahət növünü – avtostopu seçib.

“Mən qadının müstəqil ola biləcəyini göstərmək istəyirəm. O, arzuladığı təqdirdə evdə yaşamaya və avtostopla səyahət edə bilər. Və o, bunun üçün atasından, ya da qardaşından icazə almamalıdır”, – Fidan meydan oxuyurmuş kimi deyir.


Avtostopla getmək təhlükəsiz olmaya bilər, xüsusilə də qadınlar üçün

“Maşınına oturduğun adamı həyatında birinci və sonuncu dəfə görürsən, – Fidan deyir, – əlbəttə ki, hər şey baş verə bilər”. O, bir neçə dəfə çox təhlükəli vəziyyətə düşdüyünü, iki dəfə isə zorlanmaq riski ilə üzə-üzə qaldığını deyir.

Fidan beş il ərzində intensiv səyahətdə topladığı təcrübəni sosial şəbəkələrdə paylaşır. O, aşkar təhlükəli yerlərdə və vəziyyətlərdə özünü necə qorumağın yollarından çox danışır. Aktivist qız həmçinin sualları cavablandırır və ürəkdən məsləhətlər verir: “İlk dəfə səyahətə çıxanda mənə heç kəs bu cür məsləhət verməmişdi, çünki ətrafımda bir nəfər də olsun səyyah qadın yox idi. Kişilərsə dedilər: qaz balonunu götür, vəssalam. Sonra aydın oldu ki, bəzi ölkələrdə bu qaz balonları, ümumiyyətlə, qadağan edilib”.


Evdə “gözləyirlər”

Qadınlar, adətən, Fidanın verdiyi məlumatlara görə ona minnətdar olurlar və onun “Facebook”-dakı səhifəsinin yenilənməsini maraqla izləyirlər. Kişilərin çoxusa aktivist qızın davranışında və sərgilədiyi baxış bucağında adət-ənənələrin sarsıldığını görür: “Məni müntəzəm olaraq hədələyirlər, söyürlər. Evdən çoxdan çıxmışam, amma “Facebook”-a gələn xəbərlərdən bilirəm ki, Azərbaycanda məni onların “müəllifləri” gözləyir. Əlbəttə ki, bu, xoş deyil, amma mənim onlara yeganə cavabım etinasızlığımdır”.

“Avtostop üçün özünə əmin və cəsur olmalısan. Necə hərəkət etməyi yol özü öyrədəcək”, – Fidan deyir.

İnsan məhz yolda özünü gerçəkdən azad hiss edir: “Həyatda həmişə qadağalar və qaydalarla üzləşirsən. Yolda isə “qadınlara olmaz” mövzusu ilə bağlı heç bir yol nişanına rast gəlməyəcəksən.

Ana səhifəVideoAvtostop qiyam kimi – aktivist qız hüquq bərabərliyi ideyasını yaymaq üçün dünyanı gəzir