Avtomobillərdə dərman qutularının olmaması ilə bağlı nəzərdə tutulan cərimələr dəyişməyib

Dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə 3 manatdan 5 manatadək miqdarda cərimə edilir

Source:


Dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə 3 manatdan 5 manatadək miqdarda cərimə edilir

Avtosfer.az-ın məlumatına görə, Milli Məclisin ötən il dekabrın 29-da keçirilən son iclasında yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsi təsdiq olunub. Məcəllənin təqdimatı zamanı bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim olunan, 40 fəsil, 608 maddədən ibarət yeni məcəllə indi qüvvədə olan sənədlə müqayisədə 280-ə qədər dəyişikliyi özündə ehtiva edir. Məcəllədə sanksiyaların siyahısı genişləndirilib və sərtləşdirilib. Yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib. Məcəllə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Yeni Məcəllədə yol hərəkəti qaydalarının pozulmasına görə bəzi cərimələr sərtləşdirilib və miqdarı artırılıb. Xüsusən də, sərxoş halda nəqliyyat vasitəsini idarə etməyə görə cərimələr artırılıb. Bu cərimələr gələn il mayın 1-dən tətbiq olunacaq. Burada dərman qutusunun olmamasına görə sürücüyə 50 manat cərimə yazılmasından və ya yanğınsöndürən balonun olmamasına görə ağır cərimələrdən söhbət getmir. Avtomobildə dərman qutusunun olmamasına görə İnzibati Xətalar Məcəlləsinin 166.1-ci maddəsində 3-5 manat cərimə nəzərdə tutulur. Həmin maddəni olduğu kimi diqqətinizə çatdırırıq.

Maddə 166.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə 3 manatdan 5 manatadək miqdarda cərimə edilir.

Ana səhifəXəbərlərAvtomobillərdə dərman qutularının olmaması ilə bağlı nəzərdə tutulan cərimələr dəyişməyib