Avtomobil idxalında ağır durum

Natiq Cəfərli: ”Bu artıq böhran deyil, bu depressiyadır, güvənsizliyin pik həddi və insanların gəlirlərinin kəskin azalmasının göstəricisidir”

Source:

Natiq Cəfərli: ”Bu artıq böhran deyil, bu depressiyadır, güvənsizliyin pik həddi və insanların gəlirlərinin kəskin azalmasının göstəricisidir”

2016-cı ilin Yanvar – Mart ayları ərzində Azərbaycana cəmi 1362 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin ilk 3 ayı ilə müqayisədə 7,4 dəfə azdır.

2013-cü ilin Yanvar-Mart aylarında ölkəmizə 21 379 ədəd, 2014-cü ilin Yanvar-Mart aylarında 22 511 ədəd, 2015-ci ilin Yanvar-Mart aylarında isə 10 035 ədəd nəqliyyat vasitəsi idxal olunub.

Bu ilin Yanvar ayında cəmi 437 ədəd, Fevral ayında 384 ədəd, Mart ayında isə 541 ədəd nəqliyyat vasitəsi idxal olunub.

2016-cı ilin Yanvar-Mart aylarında 19 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 1 235 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 97 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 11 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunmuşdur.

Mart ayında idxal olunmuş minik avtomobillərinin sayı 498 ədəd təşkil edib.

Rəqəmlər əhalinin avtomobil almadığını, rəsmi distiribyutor və dilerlərin də satşlarının dəfələrlə azaldığından çətin vəziyyətdə olduqlarını göstərir.

Mövcud vəziyyəti öz Facebook səhifəsində şərh edən iqtisadççı Natiq Cəfərli bildirib ki, dünya ölkələrində iqtisadi aktivliyin ölçülməsi, insanlarda gələcəyə güvəni anlamaq üçün avtomobil və daşınmaz əmlak bazarlarında olan vəziyyət ciddi indikatorlar sayılır. Böhranlı dövrlərdə məhz bu iki sahədi ciddi eniş müşahidə olunur, satışlar düşür, məsələn, 2008-ci il böhranında ABŞ-da daşınmaz əmlak satışları 15-20 faiz, avtomobil satışları isə 10-15 faiz düşmüşdü və bu ciddi böhran olduğunun indikatoruna çevrilmişdi. Yəni, bu sahələrdə 10-20 faiz arası satışlar düşəndə bu artıq ağır böhran anlamına gəlir.

Natiq Cəfərli

“Azərbaycanda bu ilin ilk 3 ayında keçən ilin müvafiq dövrünə görə ölkəyə gətirilən avtomobillərin sayı 7,37 dəfə (!!!) azalıb. Bu artıq böhran deyil, bu depressiyadır, güvənsizliyin pik həddi və insanların gəlirlərinin kəskin azalmasının göstəricisidir”,-deyə Cəfərli bildirib

Ana səhifəXəbərlərAvtomobil idxalında ağır durum