Avtomobil idxalı 6 dəfə azalıb

“Bu məlumat son zamanlara qədər DGK-da korrupsiyanın yüksək həddə olmasının etirafıdır”

Source:


“Bu məlumat son zamanlara qədər DGK-da korrupsiyanın yüksək həddə olmasının etirafıdır”

Azərbaycana avtomobil idxalı ötən illə müqayisədə azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayında Azərbaycana 3 min 454 avtomobil gətirilib. Bu da ötən illə müqayisədə 17 min 692 ədəd (6.1 dəfə) azdır.

Ölkəyə gətirilən avtomobillərin 54-ü mikroavtobus, 2 981-i minik avtomobilləri, 342-si yük maşını, 77-si isə xüsusi təyinatlı nəqliyyat vasitələridir.

İqtisadçı Natiq Cəfərli bununla bağlı “facebook” səhifəsində yazır ki, ölkədə ticarət dövriyyəsi, iqtisadi aktivlik yerlərdə sürünür, avtomobil idxalı (DGK-nın ən çox yığım gətirdiyi sahələrdən biri) 6 dəfə azalıb:

“Amma gömrükdən daxilolmalar 40 faiz artıb. İndi gömrükdə mallar, əsasən, düzgün rəsmiləşdirilir, ödənişlər büdcəyə gedir. Amma bu qədər iqtisadi çətinliklər zamanında gömrükdən daxilolmalar 40 faiz artıbsa, siz təsəvvür edin, görün ki, keçən ilə qədər bu orqanda rüşvət nə səviyyədə olub! Əslində bu rəsmi məlumat son zamanlara qədər Dövlət Gömrük Komitəsində korrupsiyanın çox yüksək həddə olmasının etirafıdır!”

Ana səhifəXəbərlərAvtomobil idxalı 6 dəfə azalıb