Avtobus sürücüsünü silahla hədələyən şəxs tutulub

Orxan Orucov istintaqa təhvil verilib

Source:


Orxan Orucov istintaqa təhvil verilib

Bakıda avtobus sürücüsünü silahla hədələyən şəxs tutulub.

Məlumatı Binəqədi rayon Polis İdarəsindən APA-ya veriblər. Bildiriblər ki, 29 yaşlı Orxan Cəmil oğlu Orucov avqustun 21-də tutularaq istintaqa təhvil verilib.

Saxlanılarkən ondan hadisədə istifadə etdiyi qaz tapançası da götürülüb.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.

Hadisə avqustun 18-də axşam saatlarında, 85 saylı avtobusda baş vermişdi. Əvvəlcə hadisənin videogörüntüsü yayılmışdı, sonra isə polis istintaq hərəkətləri başlatmışdı.

Məlum olmuşdu ki, sürücü, Şamaxı rayon sakini Gülağa Xudaverdiyevi silahla hədələyən Orxan Orucovun atası sabiq polis zabitidir.

Ana səhifəXəbərlərAvtobus sürücüsünü silahla hədələyən şəxs tutulub