Avtobus ağır qəza törətdi, ölən var

Bakıda sərnişin avtobusunun iştirakı ilə baş vermiş ağır qəzada ölən şəxsin kimliyi məlum olub.

Source:

Bakıda sərnişin avtobusunun iştirakı ilə baş vermiş ağır qəzada ölən şəxsin kimliyi məlum olub.

Yasamal rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, Dairəvi yolda “Mercedes” markalı minik avtomobilinin 211 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı marşrut avtobusuna çırpılması nəticəsində vəfat edən sürücü 41 yaşlı Natiq Eminov olub.


Bildirilir ki, qəzaya avtobusun hərəkət sürətini qəfil azaltması və sürətlə hərəkət edən minik avtomobilinin arxadan olan çırpılması səbəb olub.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Ana səhifəXəbərlərAvtobus ağır qəza törətdi, ölən var