Avstriyalı atlet sağdır

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov məlumatı təsdiqləyir

Source:


Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov məlumatı təsdiqləyir

Bakıda avtobus qəzasına düşən avstriyalı atlet Vanessa Şahinoviç sağdır və səhhəti stabil olaraq qalır. Bunu Meydan TV-yə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov deyib. Səfirin sözlərinə görə, Vanessa Şahinoviçin valideynləri ilə əlaqə saxlayıb və onlar qızlarının sağ olduğunu deyiblər.

20 iyunda sosial şəbəkələrdə avstriyalı idmançının vəfat etdiyi barədə məlumatlar yayılıb. Avropa Oyunları Komitəsinin adının açıqlanmasını istəməyən əməkdaşı da Meydan TV-yə idmançının öldüyü barədə xəbər göndərib. “Bakı 2015” Əməliyyat Komitəsindən məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

11 iyunda Avstriyanın 3 sinxron üzgüçü təmsilçiləri Bakı Atletlər kəndində səki ilə gedərkən avtobusla qəzaya uğrayıb. 15 yaşlı Vanessa sınıq xəsarətləri ilə dərhal Vyanaya geri qaytarılıb.

Ana səhifəXəbərlərAvstriyalı atlet sağdır