Avstriya müsəlmanlara qarşı sərt addımlara başlayıb

Yeddi məscid bağlanır, 40 imam ölkədən çıxarılır

Source:
Avstriyanın kansleri Sebastian Kurz
Avstriyanın kansleri Sebastian Kurz


Yeddi məscid bağlanır, 40 imam ölkədən çıxarılır

Avstriyanın sağ-qanad hökuməti yeddi məscidi bağlamağı, 40 imamı ölkədən qovmağı planlaşdırır.



Reuters

” agentliyinin yazdığına görə, bu, islamçı ideologiya və dini qrupların xaricdən maliyyələşməsinə qarşı tədbirlərin “yalnız başlanğıcıdır”.

Koalisiya hökuməti mühafizəkarlardan və ifrat sağçılardan ibarətdir. Avropada miqrasiya böhranı yaranandan sonra hakimiyyətə gələn koalisiya daha bir qaçqın axınını önləyəcəyini, yeni mühacir və qaçqınlar üçün güzəştləri kəsəcəyini vəd edib.

“Ölkəmizdə siyasi islamın paralel cəmiyyətlərinə və radikal tendensiyalarına yer yoxdu”, – Kurz hökumətin yeni qərarlarını açıqladığı mətbuat konfransında deyib.

Avstriyanın kansleri Sebastian Kurz inteqrasiya naziri olarkən, 2015-ci ildə sərt “İslam qanunu”nu qəbul elətdirib. Bu qanun dini qrupların xaricdən maliyyələşməsini yasaqlayır. Qanun müsəlman icmaların qarşısında bir öhdəlik də qoyur – Avstriya dövləti və cəmiyyətinə pozitiv fundamental yanaşma sərgiləsinlər.

8,8 milyon əhalisi olan Avstriyada 600 minədək müsəlman yaşayır. Onların çoxu ya türklərdir, ya da türk mənşəli ailələri var.

Vyanada məscid idarə edən, Türkiyənin millətçi “Boz Qurdlar” təşkilatının təsiri altında olan cəmiyyət qanunsuz işlədiyinə görə qapadılacaq, hökumət bəyanatında bildirib.

Azı altı məscidi idarə edən ərəb müsəlman təşkilatının da bağlanacağı bildirilib.

“Bu hələ başlanğıcdır”, – ifrat sağçı vitse-kansler Heinz-Christian Strache hökumətin dörd üzvünün keçirdiyi mətbuat konfransında vurğulayıb

Ana səhifəXəbərlərAvstriya müsəlmanlara qarşı sərt addımlara başlayıb