Avstriya milli komandası qəzadan sarsılıb

Avstriya Olimpiya Komitəsi 3 sinxron üzgüçü atletlərin qəzaya düşməsini təsdiqləyib.

Source:


Avstriya Olimpiya Komitəsi 3 sinxron üzgüçü atletlərin qəzaya düşməsini təsdiqləyib. Qızlar səkidə piyada gəzərkən xidməti avtobus tərəfindən vurulub.

Avstriya Olimpiya Komitəsi baş katibi Peter Mener qeyd edib ki, “biz hadisədən çox sarsılmışıq və bütün vacib təcili tədbirlər görülüb.”

Avstriya milli komandasının baş həkimi Alfred Engel bunları deyib: “Onlardan 15 yaşlı Verena Breit, kiçik sıyrıqlarla qurtularaq yenidən Atletlər Kəndinə gətirilib. Digəri 15 yaşlı Vanessa Sahinovic ağır yaralanaraq, çoxlu travma alaraq, bir neçə sınıqlarla xəstəxanaya qaldırılıb. Üçüncü üzgüçü 15 yaşlı Luna Pajer qol yarası alaraq, xəstəxanaya yerləşdirilib.”

Avstriya milli komandası həkimi Dr. Robert Kandelhart qeyd edib ki, Avstriyadakı Universitet klinikası atletlərin Vyanaya geri qaytarılması barədə qərar qəbul edib. Komandanın həkimi də onlarla birlikdə geri qayıdacaqlar.

Mənbə:

Avstriya Olimpiaya Komitəsinin saytı

Ana səhifəXəbərlərAvstriya milli komandası qəzadan sarsılıb