Mənbə: google

Avstraliya Baş nazirinin təsdiqlənmə reytinqi düşür

Məqalə yeniləndi:  13 Yanvar 2020

Bu, 2018-ci ildən bəri ən bərbad rəy sorğusu nəticəsidir

Bazar ertəsi “Newspoll” tərəfindən yayımlanan araşdırmaya görə, Baş nazir Skott (Scott) Morrisona ictimai dəstək ən aşağı səviyyəyə enib. “Reuters” xəbər verir ki, buna səbəb hökumətin Avstraliyanın meşə yanğınları böhranı ilə mübarizəsində yetərsiz qəbul edilməsidir.

Yanğınlarda ən azı 28 nəfər ölüb. 2000 ev dağıdılıb. Birləşmiş Krallığın təxminən yarısı olan 11.2 milyon hektar ərazi yanğınlarda məhv edilib.

Morrison böhrana cavab verməkdə yavaş olduğu üçün ictimai qınağa tuş gelib. Yanğınlar zamanı o, ailəsiylə birlikdə Havayiyə tətilə gedib. Bazar günü televiziyada çıxışı zamanı, o, bu müddət ərzində bir sıra səhvlərə yol verdiyini etiraf edib.

“Biz Avstraliya xalqından yüksək və aydın eşidilə biləcək mesajları görürdük”, - xəzinədar Coş Fraydenberq (Josh Frydenberg) bazar ertəsi günü sorğunun nəticəsi ilə əlaqədar verilən sualları cavablandırarkən deyib

“Onlar federal hökumətin təbii və milli fəlakətlərə dərhal cavab verməsini görmək istəyirlər”, - Fraydenberq deyib.

“Newspoll” araşdırması qeyd edib ki, Morrisona dəstək 8 faizə düşüb. Ən son rəy sorğusunda isə Baş nazirə dəstək 37 faiz olub. Bu rəqəm müxalifətdə olan İşçi Partiyası lideri Antoni Albanizdən (Anthony Albanese) də aşağı olub.

Bu, Morrisonun 2018-ci ilin avqust ayında hakimiyyətdə olan liberalların rəhbərliyini ələ aldıqdan sonra ən bərbad rəy sorğusu nəticəsidir.

Sorğu çərşənbə günündən şənbə gününə qədər 1505 nəfər arasında təşkil edilib.

Sorğu Morrison 2 milyard dollarlıq yanğın fondunu elan etdikdən və 3 minlik ordu rezervini dövlət fövqəladə işçilərinə dəstək verməyə çağırdıqdan sonra təşkil edilib.

Bazar günü Morrison təklifi Nazirlər Kabinetinə götürəcəyini bəyan edib. O bildirib ki, böhrana reaksiya, federal hökumətin iqlim dəyişikliyinin təsiri araşdırılmalıdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  13 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2vi1dx

Ən çox baxılan