”Avropaya bizim sənədimizlə saxta mühacir getməyib”

“Gözəl Bayramlı: “Hansısa yaramazlar kimlərəsə partiyamız adından sənədlər verir”

Source:


“Gözəl Bayramlı: “Hansısa yaramazlar kimlərəsə partiyamız adından sənədlər verir”

“Eşidirik ki, hökumətə bağlı hansısa yaramazlar kimlərəsə partiyamız adından sənədlər verir. Biz partiya olaraq son 2 ildə, ümumiyyətlə, heç kimə hər ehtimala qarşı üzvlük vəsiqəsi belə vermirik”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının sözləridir.

O bildirib ki, son illərdə AXCP-yə üzv olmuş minlərlə insanın heç birinin üzvlük vəsiqəsi yoxdur:

“Həmin adamlar bizi başa düşürlər. Tam əminliklə deyirəm ki, Avropaya bizim sənədimizlə bircə nəfər də saxta mühacir getməyib”.

Aprelin 8-də Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov AXCP sədri Ə.Kərimlinin ünvanına ittihamlar səsləndirmişdi.

Milli Şuranın Bakıda keçirilən aksiyasını dəyərləndirən deputat AXCP sədri Əli Kərimlinin korrupsiya ilə məşğul olduğunu demişdi. Onun sözlərinə görə, AXCP rəhbərliyi partiya üzvü olmayan mühacirlərə saxta vəsiqələr paylayır.

Milli Şuranın aksiyasında isə bildirilmişdi ki, ölkədəki korrupsiyanın başında məhz prezident İlham Əliyev durur.

Ana səhifəXəbərlər”Avropaya bizim sənədimizlə saxta mühacir getməyib”