Avroparlament Gürcüstan vətəndaşlarının vizasız girişinə ”hə” dedi

Bu gün Avropa Parlamentində keçirilən plenar iclasda Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi məsələsinə görə səsvermə keçirilib

Source:
Tbilisi
Tbilisi


Bu gün Avropa Parlamentində keçirilən plenar iclasda Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi məsələsinə görə səsvermə keçirilib

Səsvermə nəticəsində Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair qərar qəbul olunub, bu barədə xəbər Avropa Parlamentinin rəsmi saytında dərc olunub.

Parlament deputatlarından 553 nəfər lehinə, 66 nəfər əleyhinə səs verib. 28 nəfər isə bitərəf qalıb.

Bu səsvermə siyasi qərar mərhələsində yekun hesab olunur. Bundan sonra yalnız formal qərar hissəsi qalıb, yəni Avropa İttifaqı Şurasının yekun qərarından sonra Gürcüstan vətəndaşları Şengen zonasına vizasız səfər etmək hüququ qazanacaq.

Ana səhifəXəbərlərAvroparlament Gürcüstan vətəndaşlarının vizasız girişinə ”hə” dedi