Deputatlar UEFA rəhbərinə məktub göndəriblər
100-dən çox avropalı deputat UEFA-nı Belarus millisini AÇ-2024-ün seçmə turnirində iştirakdan kənarlaşdırmağa çağırıb.
“Politico” yazır ki, deputatlar UEFA rəhbəri Aleksander Çeferinə məktub göndəriblər. Müraciət müəllifləri qeyd ediblər ki, Belarusda insan hüquqları pozulur və ölkə prezidenti Aleksandr Lukaşenko milli komandanın Avropa çempionatının seçmə mərhələsində iştirak etməsindən yaxşı qarşılandığını göstərmək üçün istifadə edə bilər.
AÇ-2024-ün seçmə turnirinin püşkatmasının nəticələrinə görə, Belarus yığması İsveçrə, Ruminiya, İsrail, Andorra və Kosovo ilə eyni qrupa düşüb. Belaruslular seçmə turnirdə ilk oyununu martın 25-də, İsveçrəyə qarşı keçirməlidirlər.