Avropadan Azərbaycan teatrına dəstək

Polşanın Vrotslav şəhərindəki “Stowarzyszenie Kamienna Tęcza” təşkilatı Azərbaycanda yeni yaranan, əlilliyi olan aktyorlardan ibarət “ƏSA” Teatrına dəstək aksiyası keçirib.

Aksiyada daun sindiromlu və müxtəlif əlilliyi olan insanlar iştirak edib. Təşkilatın rəhbəri Elżbieta Graf, belə bir teatrın mövcudluğunun dünya üçün də vacib olduğunu və davamlı şəkildə “ƏSA” Teatrına dəstək göstərəcəklərini bildirib:

“Nəinki bizim təşkilat, belə bir teatr bütün dünyanın marağındadır. Biz müxtəlif yaş qruplarından ibarət daun sindromlu və mental problemli insanlarla çalışırıq. Təşkilatımız teatrla bağlı “workshop”-lar da keçirir. Üzvlərimiz “ƏSA” Teatrından xəbər tutanda çox sevindilər.”

Teatrdan verilən məlumata görə, avropanın digər ölkələrindən də dəstək məktubları alırlar.

“ƏSA” Teatrı sentyabr ayının əvvəlində aktyor-fotoqraf Nihad Qulamzadə tərəfindən təsis edilib. Teatrın direktoru Murad Məmmədov, meneceri Nicat Qulam, ədəbi hissə müdiri  isə Orxan Adıgözəldir.

Teatrın ilk tamaşasının premyerası oktyabrın ortalarına planlanır.

Ana səhifəVideoAvropadan Azərbaycan teatrına dəstək