Avropadakı azərbaycanlılar Rəsulzadənin doğum günü ilə bağlı toplantı keçirdilər

Tədbirdə siyasi mühacirlərin təşkilatlanması məsələsi gündəmə gətirilib

Source:

Yanvarın 26-da Almaniyanın Frankfurt şəhərində Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə tədbir keçirilib. Toplantıya 400-ə yaxın azərbaycanlının qatıldığı bildirilir.

Tədbirdə iştirak edən Meydan TV əməkdaşının sözlərinə görə, bunu, müxtəlif siyasi baxışlı mühacirlərin birgə keçirdiyi ən böyük toplantı hesab etmək olar.

Tədbir iştirakçıları Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığı ilə bağlı çıxışları dinləyiblər. Eyni zamanda Avroda yaşayan azərbaycanlıların, xüsusilə də siyasi mühacirətə getmiş insanların təşkilatlanmasının vacibliyi vurğulanıb.

Azərbaycandakı hakimiyyətin yanlış siyasəti tənqid edilib. Siyasi məhbus problemi, ölkədəki anti-demokratik vəziyyət, Qarabağın hələ də işğal altında qalması və media azadlığının boğulması kimi məsələlər toplantının müzakirə mövzusu olub. Çıxışçılar hesab ediblər ki, M.Ə.Rəsulzadənin istədiyi dəyərlərin bərqərar olması üçün təşkilatlanmağa ehtiyac var.

Tədbirdə çıxış edən müğənni Qismət Məmmədzadə “Rəsulzadə” adlı mahnı oxuyub.

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən olan M.Ə.Rəsulzadə 31 yanvar 1884-cü ildə doğulub. Ötən il onun rəhbərliyi altında qurulan cümhuriyyətin 100 illiyi qeyd olunub.

Ana səhifəXəbərlərAvropadakı azərbaycanlılar Rəsulzadənin doğum günü ilə bağlı toplantı keçirdilər