Avropadakı azərbaycanlılar İrandakı soydaşlarına dəstək verdi

“Stop Persian Rasicm” aksiyası keçirilib

Source:


“Stop Persian Rasicm” aksiyası keçirilib

Noyabrın 28-də İranda yaşayan azərbaycanlılara qarşı haqsızlığa etiraz olaraq “Stop Persian Rasicm” aksiyası keçirilib. Eyni gündə və eyni saatda dünyanın müxtəlif ölkələrində baş tutan aksiyalarda İranda baş verən son hadisələrə, dövlət TV kanalında Azərbaycan türklərinin təhqir olunmasına, azərbaycanlıların həbs olunmasına etiraz şüarları səsləndirilib. Aksiyalar İsveçrənin Bern, Hollandiyanın Haaqa və Ukrainanın Kiyev şəhərində baş tutub. Bu haqda Meydan TV-yə aksiyanın təşkilatçılarından biri, Avropada yaşayan müstəqil jurnalist Laçın Məmişov xəbər verib:

“Bu aksiyanı əslində Avropanın bütün ölkələrində, eyni gündə, eyni saatda təşkil etmək istəyirdik. Lakin Parisdə baş verən məlum hadisələrə görə Fransada, ümumiyyətlə, mümkünsüz oldu. Almaniyada isə polisdən təhlükəsizlik tədbirlərinə görə icazə almaq məsələsi bir az çətin oldu. Eyni zamanda Avropada yaşayan soydaşlarımız da çox passivlik etdilər. Bir çoxu aksiyaya bilərəkdən qatılmadı, dəstək vermək əvəzinə isə əks-təbliğat aparmağa üstünlük verdi. Lakin əsas odur ki, aksiyamız baş tutdu. Hollandiyada aksiyanı Araz Ataxan və Fatima Tulay, Kiyevdə Elşən Cavadzadə, İsveçrədə isə Qabil Rzayevlə birlikdə təşkil etdik. Təklifimizi dəstəkləyib qoşulan təşkilatçılara və iştirakçılara minnətdarıq. Aksiyanı İran səfirliyinə təqdim olunan qətnaməni səsləndirib, daha sonra səfirliyə təqdim etməklə yekunlaşdırdıq”.

Ana səhifəXəbərlərAvropadakı azərbaycanlılar İrandakı soydaşlarına dəstək verdi