Şolz: “Çətin olsa da, enerji böhranının öhdəsindən gələ bilərik”
Almaniya kansleri Olaf Şolz Avropa İttifaqı nazirlərinin görüşündən öncə açıqlama yayıb.
O bildirib ki, enerji böhranına ən yaxşı cavabı verəcəklər.
Kansler bunu şirkətlər və ev təsərrüfatlarının birliyi ilə edəcəklərini deyib:
“Şirkətlər və ev təsərrüfatları bir araya gələrsə, Almaniya Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində yaranan qış qaz çatışmazlığından çıxa bilər”.
Avropa İttifaqının (Aİ) energetika nazirləri oktyabrın 12-də Praqada görüşür.
Onlar Rusiyanın vaxtilə Avropanın qaza olan tələbatının təxminən 40 faizini ödəyən tədarükünü azaltmasından sonra qiymət artımı və digər tədbirlərlə bağlı çıxış yollarını müzakirə edəcəklər.
Bundan öncə isə Ukrayna Prezidenti Volodimir Zelenski Yeddilik Qrupunu (G7) Rusiyadan neft və qaz ixracına qoyulan məhdudiyyəti dəstəkləməyə çağırmışdı.
Avropa Birliyi ölkələri arasında aparılan danışıqlarda sənaye gücü Almaniya və digər zəngin Aİ üzvləri bunun tədarük mənbəyini çətinləşdirə biləcəyindən qorxaraq təklif olunan həddə razılıq əldə edə bilməyib.
Almaniyanın öz vətəndaşlarını artan enerji xərclərinin tam təsirindən qorumaq üçün planlaşdırdığı ağır xərclər olsa da, 27 ölkəni əhatə edən Aİ-nin kasıb üzvlərin bəzilərinin bu imkanları məhdudur. Ona görə də həmin ölkələr arasında narahatlıqların olduğu bildirilir.
Oktyabrın 11-də hökumət sözçüsü deyib ki, Almaniya Aİ dövlətlərinə enerji böhranı kimi digər böhranların həllinə kömək etmək üçün 800 milyard avro (778 milyard dollar) ayıra biləcək.
Şolz deyib ki, çətin olsa da, ölkəsi enerji böhranının öhdəsindən gələ bilər.
O həmçinin bildirib ki, əgər hamı dəyişən vəziyyətə – vətəndaşlar, şirkətlər və siyasətçilər – uyğunlaşmağa davam etsə, bu qışı təhlükəsiz keçirmək mümkündür.
İstehlakın məhdudlaşdırılması zərurətinə baxmayaraq, Almaniyada soyuq havaların düşməsi ilə bağlı tələbatın artması əlamətləri artıq müşahidə olunur.
Sənaye proqnozlaşdırıcısı “S&P Global Mobility” bildirib ki, ən pis halda Avropanın enerji böhranı onun avtomobil istehsalını 2023-cü ilin sonuna kimi 40 faizə yaxın azalda bilər.
Avtomobil sənayesi geniş şəkildə iqtisadi sağlamlığın göstəricisi kimi qəbul edilir.
İtaliyada ölkənin ən böyük bankı olan “Intesa Sanpaolo” (ISP.MI) həmkarlar ittifaqları ilə 74,000 yerli işçisi üçün dörd günlük iş həftəsini müzakirə edir.
Şolz qeyd edib ki, əksər Avropa dövlətlərindən daha çox Rusiya qazına arxalanan və alternativ mənbələr tapmaq üçün yarışan Almaniyanın qış başlamazdan əvvəl qaz anbarlarını 95 faiz doldurmaq hədəfinə az qala çatıb.
Vaxtilə Rusiya qazından asılı olan digər Avropa iqtisadiyyatları, məsələn, İtaliya da, Əlcəzair və Azərbaycan da daxil olmaqla, digər ölkələrdən anbarları doldurur və tədarükləri təmin edir.
Energetika üzrə əsas Eni (ENI.MI) şirkətinin baş icraçı direktoru Claudio Descalzi oktyabrın 11-də bildirib ki, İtaliya 2023-2024-cü ilin qışında Toskanada planlaşdırılan yeni qazlaşdırma terminalı olmadan qaz çatışmazlığı ilə üzləşə bilər.
Fevralda Qərbin Ukraynaya müdaxiləsinə cavab olaraq Moskvanı sanksiyalarla vurmasından sonra Rusiya “Şimal axını” boru kəməri və həmçinin digər marşrutlar üzrə qaz axınını tədricən azaldıb.
“Şimal axını” ilə qaz sentyabrda tamamilə dayanıb və bu marşrutla Almaniyaya daşınmaların bərpası ümidi keçən ay şübhəli təxribat nəticəsində puça çıxıb.
Vaşinqtonun Rusiyanın üzvü olduğu OPEC+ istehsalçı qrupunun neft hasilatını azaltmaq qərarını tənqid etməsindən bir həftə sonra Prezident Vladimir Putin deyib ki, Rusiya enerji bazarlarında heç kimə qarşı işləmir.