O, REAL sədrinə qarşı qanunsuz təqiblərə son qoyulmasını tələb edib
Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanın ədliyyə nazirinə məktubla müraciət edərək 6 saylı koloniyada saxlanılan REAL hərəkatının lideri İlqar Məmmədova təzyiq faktı ilə bağlı narahatlığını bildirib.
O həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovun azadlığa buraxılması barədə qərarının dərhal və şərtsiz yerinə yetirilməsinə çağırıb.
Məlumatı REAL hərəkatı yayıb.
Baş katib Torbyörn Yaqland iki dəfə Azərbaycan hakimiyyətinə müraciət edərək İ.Məmmədova qarşı qanunsuz təqiblərə son qoyulmasını tələb edib.
Ötən həftə digər məhbuslar İ.Məmmədova hücum edərək ona xəsarət yetiriblər. Ötən gün İ.Məmmədovun vəkili Fuad Ağayev REAL hərəkatının liderinin həyatına təhlükənin olduğunu bildirib. İ.Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş iğtişaşlarla əlaqədar uydurma ittihamla 7 il müddətinə həbs olunub.