Avropa Şurasının baş katibi Bakıda siyasi məhbusları müzakirə edəcək

Source:

Avropa Şurasının baş katibi Torbyörn Yanqlandın mayın 8-də Bakıya səfəri zamanı Azərbaycanda insan hüquqlarının vəziyyəti gündəliyin əsas mövzularından biri olacaq.

Strasburqdakı mənbələrdən Turan-a məlum olub ki, cənab Yanqland SDİ direktoru Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun saxlanması ilə bağlı vəziyyətə, onlara təzyiqlərə toxunacaq.

Bundan əlavə, siyasi məhbuslar mövzusuna, mayda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi ilə əlaqədar bu problemin həllinə çalışacaq.

Ana səhifəXəbərlərAvropa Şurasının baş katibi Bakıda siyasi məhbusları müzakirə edəcək