“Avropa Şurasına sədrlik Əliyevin vətəndaş cəmiyyətini boğmasına mane olmur”

“İş o yerə çatıb ki, Amerikanın İREX QHT-sinin hesabına da həbs qoyulub”

Source:


“İş o yerə çatıb ki, Amerikanın İREX QHT-sinin hesabına da həbs qoyulub”

“Sərhədsiz Reportyorlar” mətbuat azadlığını müdafiə təşkilatı Azərbaycanda son bir həftədə baş verənlər haqqında bəyanat verib.

Bəyanatda bildirilir ki, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsinə baxmayaraq, Azərbaycan hakimiyyəti müstəqil səslərə təzyiq kampaniyasını genişləndirir. Bunun növbəti nümunəsi avqustun 1-də ölkənin aparıcı müxalif qəzeti olan “Azadlıq”ın nəşrinin dayandırılmasıdır. Bu, KİV plüralizminə növbəti zərbə və ölkədə tənqidi səslərin kökünün kəsilməsidir və getdikcə Azərbaycanın azsaylı müstəqil səsləri üçün vəziyyət daha da çətinləşir.

Bəyanatda “Qasid” dövlət mətbuat yayım şəbəkəsinin qəzetin satışdan gələn gəlirlərini saxlamaqda davam etdiyi qeyd olunur və  “Azadlıq”a 70 000 manatdan çox (67000 avro) borcu olduğu xatırlanır: “Öz gəlirindən məhrum olan qəzet nəşriyyata 20000 manatlıq (19000 avro) borcunu ödəyə bilmir. “Azadlıq” yenidən hakimiyyətin həyata keçirdiyi fəlakətli maliyyə senzurası strategiyasının qurbanı olub. İlham Əliyev hökuməti hazırda ölkənin sədri olduğu Avropa Şurasının dəyərlərinə baxmayaraq, plüralizmin məhvi üzrə kampaniyasını yekunlaşdırır”.

“Azərbaycanda son tənqidi səslər də susa biləcəyi bir şəraitdə beynəlxalq ictimaiyyət boş otura bilməz” – deyə bəyanatda bildirilir.

Qəzetin Fransada mühacirətdə olan redaktoru Qənimət Zahid deyib ki,  əsas azadlıqlar uğrunda mübarizənin sərhədi yoxdur və bütün diktatorlar bu azadlıqları boğmaq üçün belə metodlardan istifadə edir: “Amma biz təslim olmayacağıq”.

Bəyanatda bir müddət əvvəl ölkənin aparıcı rusdilli qəzeti olan “Zerkalo” da eyni səbəbdən nəşrini dayandırmaq məcburiyyətində qaldığı da qeyd olunur.

Bəyanat bu fikirlərlə yekunlaşır: Son günlər ölkədə bir neçə məşhur hüquq müdafiəçisi – Rəsul Cəfərov, Leyla Yunus və onun həyat yoldaşı Arif həbs edilib. Bundan əvvəl hakimiyyət daha bir məşhur jurnalisti – Rauf Mirqədirovu həbs edib. Ölkənin çoxsaylı QHT-ləri və onların rəhbərləri də təzyiqlərə məruz qalır, onların bank hesablarına həbs qoyulub, özlərinin isə ölkəni tərk etməsi qadağan edilib. Bu QHT-lər söz və KİV azadlığı üzrə fəaliyyət göstərir. İş o yerə çatıb ki, Amerikanın İREX QHT-sinin hesabına da həbs qoyulub.

Ana səhifəXəbərlər“Avropa Şurasına sədrlik Əliyevin vətəndaş cəmiyyətini boğmasına mane olmur”