Avropa Şurası Nazirlər Komitəsindən hakimiyyətə qarşı İlqar Məmmədov qətnaməsi

Hakimiyyət bundan sonrakı yubatmaya yol vermədən ərizəçini azad etməyə və müəyyən edilmiş pozuntuların nəticələrinin aradan qaldırılması üçün tədbirlər qəbul etməyə çağrılır

Source:


Hakimiyyət bundan sonrakı yubatmaya yol vermədən ərizəçini azad etməyə və müəyyən edilmiş pozuntuların nəticələrinin aradan qaldırılması üçün tədbirlər qəbul etməyə çağrılır

Avropa Şurası Nazirlər Komitəsi martın 12-də keçirdiyi iclasında İlqar Məmmədovun Azərbaycana qarşı işi üzrə qətnamə (Interim Resolution CM/ResDH(2015)43) qəbul edib.

Qətnamədə hazırkı iş üzrə müəyyən olunmuş pozuntuların müxalif siyasətçi olan ərizəçiyə qarşı cinayət təqibinin əsaslarını sarsıtdığı xatırladılır, Azərbaycanın Məhkəmə qərarının icra edilməsi öhdəliyi daşımasına baxmayaraq, ərizəçinin indiyə kimi həbsdə saxlanılması faktı ilə bağlı ciddi narahatlıq ifadə edilir;

Hakimiyyəti bundan sonrakı yubatmaya yol vermədən ərizəçini azad etməyə və müəyyən edilmiş pozuntuların nəticələrinin aradan qaldırılması üçün tədbirlər qəbul etməyə çağırır;

Ali Məhkəmənin ərizəçinin şikayətinə baxılmasını qeyri-müəyyən vaxta təxirə salması faktı ilə bağlı ciddi narahatlığını ifadə edir;

Ləngimədən hüquqi əsas olmadan cinayət işlərinin başlanmasının qarşısının alınması və prokurorluğun bu kimi cəhdlərinin məhkəmə qaydasında səmərəli araşdırılması üçün görülmüş və ya planlaşdırılmış tədbirlər haqqında konkret və hərtərəfli məlumatın təxirə salınmadan təqdim olunmasını dair Azərbaycan hakimiyyətinə çağırışını təkrarlayır.

Məlumatı İlqar Məmmədovun vəkili Fuad Ağayev öz Facebook səhifəsində paylaşıb.

Ana səhifəXəbərlərAvropa Şurası Nazirlər Komitəsindən hakimiyyətə qarşı İlqar Məmmədov qətnaməsi