Avropa Şurası jurnalistlərin işinə müdaxilə və təhlükə faktlarını araşdıracaq

AŞ jurnalistlərin təhlükəsizliyinə yardım göstərmək istəyir

Source:


AŞ jurnalistlərin təhlükəsizliyinə yardım göstərmək istəyir

Avropa Şurası jurnalistlərin işinə əsassız müdaxilə, onların qorxudulması və Avropada özünüsenzura hallarının hərtərəfli araşdırılması üçün İşçi Qrupu yaradıb.

Turan-a Avropa Şurasından bildirilib ki, bu layihə jurnalist cəmiyyətinin üzləşdiyi ən mühüm problemlərin araşdırılmasına imkan verəcək.

Çox zaman jurnalistlərin işi yüksək qorxu hissi doğura biləcək təhlükəli və riskli iş kimi qəbul edilir. Bu səbəbdən AŞ jurnalistlərin təhlükəsizliyinə yardım göstərmək istəyir.

Araşdırma 47 AŞ dövlətində 1000-dən çox jurnalisti əhatə edcək. Əsasən anketləşdirmə aparılacaq. Layihə müəllifləri jurnalist fəaliyyətindən irəli gələn qorxu və həyəcan hissinin yayılma dərəcəsini öyrənəcəklər.

Malta Universitetinin psixologiya şöbəsinin professoru Merilin Klarkın rəhbərliyilə İşçi Qrupu araşdırma başa çatdıqdan sonra 2016-cı ilin sonunadək nəticələri ictimaiyyətə açıqlayacaq.


Turan.İA

Ana səhifəXəbərlərAvropa Şurası jurnalistlərin işinə müdaxilə və təhlükə faktlarını araşdıracaq