Avropa Şurası jurnalistlərə ev verilməsini tənqid edir

Qurumun tənqidinə beynəlxalq təşkilatlar da qoşulub

Source:


Qurumun tənqidinə beynəlxalq təşkilatlar da qoşulub

Avropa Şurası Azərbaycanda jurnalistlərə ev verilməsini pisləyir. Bu barədə qurumun saytında məlumat verilib. Bildirilir ki, 22 iyul Milli Mətbuat Günündə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün pulsuz evlər paylayacaq:

“Jurnalistlərə tikilən birinci bina Bibiheybətdə yerləşir. Həmin binadan cəmi 156 jurnalist ev alacaq. Jurnalistlər üçün tikiləcək olan ikinci binadan isə 255 jurnalist ev ala biləcək. Binanın təməli 22 iyulda qoyulacaq. Müstəqil media nümayəndələri və hökuməti tənqid edən jurnalistlər hökumətin bu addımını ciddi tənqid edir və bildirirlər ki, jurnalistin hökumətdən ev alması, onların müstəqilliyin itirilməsinə və hökumətin nəzarətinə keçməsinə səbəb olacaq”.

Avropa Şurasının etirazına Beynəlxalq Jurnalistlər Federasiyası və Avropa Jurnalistlər Federasiyası da qoşulub. Avropa Jurnalistlər Federasiyasının İcraçı Katibi Rikardo Qutierrez əlavə edib ki, hələlik etiraza iki təşkilat qoşulsa da, gələcəkdə bunun artacağı istisna edilmir.

Ana səhifəXəbərlərAvropa Şurası jurnalistlərə ev verilməsini tənqid edir