Avropa Şurası: İlqar Məmmədovu dərhal azad edin

Avropa Şurası Nazirlər Komitəsi ReAL sədrinin fiziki durumuna zəmanət istəyir

Source:


Avropa Şurası Nazirlər Komitəsi ReAL sədrinin fiziki durumuna zəmanət istəyir

“İlqar Məmmədov dərhal azadlığa buraxılmalıdır, Azərbaycan hakimiyyəti onun fiziki durumuna zəmanət verməlidir.”

Avropa Şurası Nazirlər Komitəsinin sentyabrın 24-də qəbul etdiyi aralıq qətnamədə belə deyilir.

Avropa Şurasının Nazirlər Komitəsi sentyabrın 22-24-də Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarını Azərbaycanın necə icra etdiyini araşdırıb.

Komitə qəbul etdiyi aralıq qətnamədə Şuranın Nizamnaməsinin 3-cü maddəsini yada salır.

Həmin maddədə deyilir ki, hər bir üzv ölkə “hüququn aliliyi və yurisdiksiyasında olan bütün şəxslərin insan haqları və fundamental azadlıqlardan yararlanması prinsiplərini qəbul etməli, Avropa Şurasının məqsədlərinin reallaşması naminə səmimiyyətlə və səməli şəkildə əməkdaşlıq etməlidir…”

Komitə İlqar Məmmədovun hələ də həbsdə saxlanmasını pisləyib, bir daha təkrarlayıb ki, o, azadlığa buraxılmalıdır. Komitə eləcə də hakimiyyətə güclü şəkildə çağırış edir ki, Məmmədovun fiziki durumuna zəmanət versin.

azadliq.org

Ana səhifəXəbərlərAvropa Şurası: İlqar Məmmədovu dərhal azad edin