Avropa Parlamentinin üzvlərindən hakimiyyətə siyasi məhbusları azad etmək çağırışı

“Avropa Azərbaycanda siyasi məhbuslar probleminə biganə qalmamalı və bununla bağlı qətnamə çıxarılmalıdır”

Source:


“Avropa Azərbaycanda siyasi məhbuslar probleminə biganə qalmamalı və bununla bağlı qətnamə çıxarılmalıdır”

İyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti və Avropanın Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və  bir sıra avropalı parlamentarilər qurumun sessiyasının açılış iclasına  Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılıblar.

Qara köynəklərin üzərində jurnalist Xədicə İsmayılova,  hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Leyla Yunus, Emin Hüseynov, İntiqam Əliyevin şəkilləri olub.

Avropalı parlamentarilər bununla siyasi məhbusların azad  olunmasına çağırıblar.

Daha sonra Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunaçek çıxış edərək bildirib ki, Avropa Azərbaycanda siyasi məhbuslar probleminə biganə qalmamalıdır. O qeyd edib ki, bununla bağlı qətnamə çıxarılmalıdır.

Amnesty İnternational , Freedom House, Human Right Watch, Norveç İnsan Haqları Evi Azərbaycanda  Avropa oyunları öncəsi həbs olunan hüquq müdafiəçiləri və jurnalistlərə qarşı   represiyalardan narahatlıq ifadə edən bəyanatlar yayıblar.

Onlar bəyanatlarda Azərbaycan hakimiyyətini bu həbslərə son qoymağa, insan hüquqları sahəsində ölkənin üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırıblar.

Ana səhifəXəbərlərAvropa Parlamentinin üzvlərindən hakimiyyətə siyasi məhbusları azad etmək çağırışı