Əli Həsənov: ”Bizim üçün əsas Azərbaycan xalqının, ictimaiyyətinin rəyidir”
“Azərbaycan dövləti siyasətini xalqının maraqları üzərində qurur. Bizim üçün əsas Azərbaycan xalqının, ictimaiyyətinin rəyidir. Əlbəttə, beynəlxalq təşkilatlar bu və ya digər məsələlərə münasibət bildirir. Bu da onların işi və mövqeyidir”.
APA yazır ki, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı iyunun 15-də qəbul etdiyi
qətnamə
yə münasibət bildirərkən deyib.
Ə. Həsənovun fikrincə, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə ədalətsizlik var:
“Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da qətnaməyə
münasibət
bildirilib. Mən onunla razıyam, onun fikrini yetərli hesab edir, bundan artığına biz ehtiyac görmürəm”.