Avropa Parlamentinin bu qərarı Avropa Birliyinə üzv olan ölkə liderlərinə tövsiyə xarakteri daşıyır
BBC-nin Türkiyə xidmətinin yaydığı
xəbərə
görə, 479 parlamentar qərarın lehinə səs verib, 107-si bitərəf qalıb, 37-si isə əleyhinə çıxıb.
Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərar qəbul edib.
Türkiyədəki Fövqəladə Hal vəziyyətinin ölkədəki demokratiyanın, insan haqlarının vəziyyətini geriyə apardığını hesab edən Avropa Parlamenti belə qərar verib.