Avropa Parlamenti Türkiyə ilə artan gərginliyi müzakirə edəcək

Türkiyə hər hansı bir yanlışlığı rədd edib

Source:


Türkiyə hər hansı bir yanlışlığı rədd edib

Avropa Parlamenti Ankaranın Aralıq dənizinin şərqində karbohidrogen kəşfiyyatı və Liviyada vətəndaş müharibəsinə müdaxiləsi ilə əlaqədar Türkiyə ilə Avropa İttifaqı (Aİ) və NATO arasındakı gərginliyi araşdıracaq, – “Politico” xəbər verib.

“Aralıq dənizində sabitlik, təhlükəsizlik və Türkiyənin mənfi rolu” başlıqlı debat parlamentin ən böyük və ən nüfuzlu siyasi qrupu olan mərkəz sağ Avropa Xalq Partiyasının (EPP) tələbi ilə gələn cümə axşamı keçiriləcək. Toplantıda Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis və Kipr prezidenti Nikos Anastasiades da iştirak edəcək.

Avropa Parlamentinin üzvləri iyulun 10-da Aİ-nin əməliyyatında iştirak edən yunan hərbi dəniz gəmisi və NATO-nun Dəniz Mühafizəsi missiyasında iştirak edən Fransız hərbi gəmisinə Türkiyə donanması tərəfindən müdaxiləsi araşdırılacaq.

Türkiyə hər hansı bir yanlışlığı rədd edib və Fransa ilə bağlı NATO-nun araşdırdığı hadisəni təkzib edib.

Fransa prezidenti Emmanuel Makron ötən həftə Türkiyəni Liviya vətəndaş müharibəsinə hərbi müdaxiləsinə görə “cinayətkar fəaliyyət” də ittiham edib.

Türkiyə Tripolidə BMT tərəfindən tanınan Milli Razılıq Hökumətini dəstəkləyir. Rusiya, Misir və Fransa isə Liviya vətəndaş müharibəsindəki üsyançı general Xalifa Haftarın Liviya Milli Ordusunu dəstəkləyir.

“Regional qarışıqlıq yaratmağı hədəfləyən Türkiyənin davranışı Avropa səviyyəsində dəyərləndirilməlidir”, – yunan deputat Vangelis Meimarakiz deyib.

Aİ liderləri həmçinin Kipr və Yunanıstanın eksklüziv iqtisadi zonanın bir hissəsi hesab etdikləri ərazilərdə, Aralıq dənizinin şərqində Türkiyənin neft və qaz qazma işlərini genişləndirməsindən şikayət ediblər. Türkiyə bu sahədə araşdırma hüququna sahib olduğunu iddia edir.

Meimarakis deyib, “Yunanıstanın sərhədləri, istər quru, istər dəniz və ya hava, Avropanın sərhədləridir”.

“Aİ üzvü bir ölkə ilə üçüncü bir ölkə arasında müstəsna iqtisadi zonanın ayrılması çox ciddi məsələdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökuməti Avropa İttifaqına qarşı təcavüzkar davranışı ilə beynəlxalq hüququn prinsiplərinə məhəl qoymur”.

Siyasətçi və Demokratlar qrupunun lideri İratxe Garcia “Bu, vacib və həssas məsələdir”,- deyib.

“Biz bölgənin destabilizasiyasına qarşı çıxmalıyıq”,- o deyib və əlavə edib ki, bölgədə Türkiyənin rolu narahatlıq doğurur.

“İnanıram ki, Türkiyə … daha çox məsuliyyətlə hərəkət etməlidir, çünki bu ərazinin stabilliyində mühüm rola sahibdir”.

Ana səhifəDünyaAvropa Parlamenti Türkiyə ilə artan gərginliyi müzakirə edəcək