Avropa Oyunlarına görə satıcılar işsiz qaldılar (VİDEO)

Akademik Milli Dram Teatrı ilə üzbəüz yeraltı keçiddə piştaxtada satış edən satıcılar 13 yanvarda yerlərindən çıxarılıblar. Bakı Şəhər İcra Hakimiyyətinin işçiləri  satıcılara öncədən xəbərdarlıq etmədən səhər saatlarında gələrək, əşyalarını yığmağı tapşırıblar. Yeraltı keçiddə 10 nəfərdən çox satıcı piştaxtalarını sökərək əşyalarını yığışdırıblar. Onlar söküntünün Bakı Avropa Oyunlarına görə aparıldığını deyiblər. Ticarət Departamenti onların səyyar satışla məşğul olduğunu əsas gətirərək  ərazini tərk etmələrini tapşırıb.

Ana səhifəVideoAvropa Oyunlarına görə satıcılar işsiz qaldılar (VİDEO)