“Avropa Oyunları zamanı günahsız dustaqları azadlığa buraxmanız… “

Siyasi məhbus ailəsi dövlət başçısına müraciət etdi

Source:


Siyasi məhbus ailəsi dövlət başçısına müraciət etdi

Həbsdə olan siyasi məhbus Mübariz Abdullayevin ailə üzvləri prezident İlham Əliyevə müraciət ediblər. Meydan TV-yə daxil olan müraciətdə deyilir;

“Cənab Prezident, Məlumunuz oldugu kimi, Milli Təhlükəsizlik Nazirliyinin mayoru Abdullayev Mahir İslam oglunun itkin düşməsi və ya ogurlanması işinə gorə 05.10.2012-ci ildə şəxsən sizin gostərişinizə əsasən 105157 saylı cinayət işinin hərtərəfli araşdirilmasi məqsədi ilə Baş prokurorun köməkçisi (hal hazirda Şəki rayon prokuroru) Elmar Camalovun rəhbərliyi altinda 15 nəfərdən ibarət “Müstəqil istintaq əməliyyat Qurupu” yaradıldı. Lakin təəssüflər olsun, komissiyanın apardığı istintaqın heç bir nəticəsi olmadığı halda bu günə qədər atdığı yeganə addım ondan ibarət olub ki, zərərçəkəni susdurmaq üçün 13 oktyabr 2003-cü ildə ogurlanmış Mahir Abdullayevin qardaşı oğlu Mübariz Abdullayevi heç bir əsas olmadan 10 il müddətinə azadlıqdan məhrum edib. Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mürsaliyev Azad Oktay oglunu Azərbaycan Respublikasinin Konstitusiyasi ilə müəyyən edilmiş hərəkət azadliqlarını məhdudlaşdırıb. Ailəmizin başçısı Mübariz Abdullayev 2013-cü il avqustun 21-də Lənkaran Agir Cinayətlər Məhkəməsinin hökmü ilə məhkəmə zalinda həbs edilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə) küllü miqdarda əmlak tələb etmə maddəsi ilə 10 il həbsə məhkum edib. Qəribədir ki, Mübariz Abdullayevi öz əmisini oğurlamaqda və buna görə digər əmisi Elşad Abdullayevdən külli miqdarda pul tələb etməkdə ittiham edirlər. Sual yaranır; əgər, doğurdan da, Mübariz Abdullayev bir əmisini oğurlayıb, digərindən pul tələb edirdisə, niyə bu “cinayət” 10 il sonra, Elşad Abdullayevin yaydığı məlum videolardan sonra “müəyyən edildi”?” Müraciətdə daha sonra deyilir ki, cinayət işində təkzibedilməz faktlar var, eləcə də istintaq tərəfindən zərərçəkən kimi tanınmış Elşad Abdullayev israrlı şəkildə bildirib ki, onun qardaşını oğurlayan və buna görə ondan pul tələb edənlər arasında Mübariz Abdullayev olmayıb və ola da bilməz: “Əksinə, bu cinayəti törədənlər hakimiyyətin yuxarı qatlarında təmsil və himayə olunan başqa şəxslərdir. Maraqlıdır ki, Mahir Abdullayevin oğurlanması və geri qaytarılması ilə bağlı Elşad Abdullayevin yaydığı məlum videolarda adı çəkilən şəxslərdən Mübariz Abdullayevden başqa heç kim istintaqa cəlb edilməyib. Mübariz Abdullayev istintaqda dindirmə zamanı işgəncələrə məruz qaldığını aidiyyatı orqanlara və məhkəmədə açıq bildirsə də, heç kim məsuliyyətə cəlb olunmadı. Bu faktın özü istintaqın nə qədər qurama, ədalətsiz və sifarişlə aparıldığını bir daha ortya qoyur.

Cənab prezident, 10 nəfərlik ailəmizin başçısı, sadə kənd həyatı sürən Mübariz Abdullayev şərlənərək həbs olunub. O, iki ilə yaxındır ki, qanunsuz olaraq həbsdədir. Onun ailənin başında, evdə olmaması təkcə bizim dolanışığımıza deyil, yaşam tərzimizə, bütün həyatımıza ağır zərbə vurub. Evdə azyaşlı uşaqlar və bu əzablardan, stresslərdən xəstəlik tapanlar var. Sizdən xahiş edirik, heç bir əsas olmadan 10 il müddətinə həbsə atılmış Mübariz Abdullayevin həbsdən azad olunmasına, bu işdə özlərini gizlətməyi bacarmiş əsl cinayətkarların cinayət məsuliyyətinə cəlb olunmasına, əmimiz Mahir Abdullayevin taleyinə aydinliq gətirilməsinə yardımçı olun. Sizin sülh, barış və əmin- amanlığa xidmət edən Avropa Oyunları zamanı Mübariz Abdullayev daxil olmaqla günahsız həbs olunmuş dustlaqları azadlığa buraxmanız həm Allaha xoş, həm də dövlətimizin adına və bu oyunların mahiyyətinə uyğun gələrdi. Hörmətlə və ümidlə, Abdullayevlər ailəsi”

Ana səhifəXəbərlər“Avropa Oyunları zamanı günahsız dustaqları azadlığa buraxmanız… “