“Avropa Oyunları siyasi institutların müzakirəsindən kənarda qalmamalıdır”

“Avropa Oyunlarının keçirilib-keçriilməməsindən asılı olmayaraq, dustaqlar azad olunmalıdır”

Source:


“Avropa Oyunlarının keçirilib-keçriilməməsindən asılı olmayaraq, dustaqlar azad olunmalıdır”

Mayın 15-də Beynəlxalq Mətbuat Mərkəzində  bir qrup müxalifəyönlü partiya sədrlərinin iştirakı ilə üçüncü iqtidar-müxalifət görüşü olub. “Turan İA” xəbər verir ki, görüşdə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da iştirak edib.

O bildirib ki, Azərbaycan cəmiyyətində baş verən və ümummilli mahiyyət kəs edən məsələlər iqtidarla müxalifətin görüşünə ehtiyac yaradır.

“Ötən müddətdə

Prezident Administrasiyası

na siyasi partiyalardan görüşdə müzakirə üçün bəzi təkliflər daxil olub. Lakin faktiki hamının marağını kəsb edəcək və aktual olacaq ciddi təklif almamışıq. Yeganə olaraq “Azadlıq-2015” blokundan qarşıdan gələn parlament seçkiləri, seçki islahatları və siyasi partiyaların seçkilərdə iştirakı ilə bağlı ümumiləşmiş ciddi təklif daxil olmuşdu. Lakin hakimiyyət bu gün bu təklifi siyasi partiyalarla müzakirə etməyə hazır deyil və hazırda hakimiyyət olaraq siyasi partiyalarla seçki islahatları və qarşıdan gələn seçkiləri gündəmə çıxmağa lüzum görmürük. Ona görə də bu mövzudan vaz keçdik”,-  o bildirib.

Ə. Həsənovun   fikrincə,  bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, bu oyunlara daxildə və xaricdə münasibətdir: “Hesab edirik ki, cəmiyyətin siyasi institutları da bu məsələnin müzakirəsindən kənarda qalmamalıdır”.

Ə.Həsənov görüşdə siyasi partiyaları maraqlandıran cari məsələlərin də müzakirəyə çıxarılmasını təklif edib: “Siyasi partiyalar görüşün gedişində konkret məsələlərin müzakirəsini təklif edə bilər. Biz, ümumiyyətlə, gələcək görüşlərdə cari məsələləri ikinci məsələ kimi gündəliyə salmağı təklif edirik”.

Görüşdən ilk çıxan Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a bildirib ki, görüşdə təkliflərini veriblər: “Dialoq ondan ötrüdür ki, problemi həll edəsən. Hər kəs mövqeyini ifadə edir. Bizim elə bir vəziyyətimiz yoxdur ki, cəbhə xətti müəyyən edək. Hakimiyyət də öz mövqeyini ifadə etdi. Avropa Oyunlarını dəstəkləyirəm, əleyhinə deyiləm. Bildirdim ki, ölkədə siyasi məhbus məsələsi var, həll olunmalıdır. Siyasi dustaq məsələsini Avropa Oyunlarına qarşı qoymaq lazım deyil, nə də əksinə. Avropa Oyunlarının keçirilib-keçriilməməsindən asılı olmayaraq, dustaqlar azad olunmalıdır. Məsələn, İntiqam Əliyevə 9 il iş istəyən prokuror iki milyona yaxın dövlət əmlakını mənimsəyən şəxsə şərti iş istəyir. Yanaşma siyasidir. Bildirdim ki, prokuror sizin xəttin yanında olana, siyasi yanaşmanıza görə şərti iş istəyir. Məsələlər bu şəkildə açıq qoyuldu. Hakimiyyət gedib təkliflərimizi müzakirə edəcək. Əli Həsənov hakimiyyətin bir nümayəndəsidir. Yuxarılara, Adminstrasiya rəhbərinə və köməkçisi olduğu prezidentə bununla bağlı məlumat verəcək. Biz öz mövqeyimizi çatdırdıq”.

Görüşdə iqtidar tərəfini Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüsenyn Kazımlı təmsil edirlər.

Müxalifət tərəfdən isə  AXCP və Müsavat Partiyası  görüşdə iştirak etmir.

Digər partiyalardan  Vətəndaş Həmrəyliyi Partiyasının (VHP), Klassik Xalq Cəbhəsi Partiyası, Ümid Partiyası, Vəhdət Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Cəbhəsi Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP), Vətəndaş və İnkişaf Partiyası (VİP) Azərbaycan Demokrat Partiyası (ADP), Böyük Azərbaycan Partiyası (BAP), Ədalət Partiyası, Azərbaycan Sosial Demokratlar Partiyası (ASDP sədr Araz Əlizadə), Azadlıq Partiyası (Əhməd Oruc), Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Aydınlar Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası (Fərəc Quliyev) təmsil olunur.

Ana səhifəXəbərlər“Avropa Oyunları siyasi institutların müzakirəsindən kənarda qalmamalıdır”