”Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı artıb”

Nazir müavini: “Viza prosedurunun sadələşdirilməsi olduqca vacibdir”

Source:
Nazim Səmədov
Nazim Səmədov


Nazir müavini: “Viza prosedurunun sadələşdirilməsi olduqca vacibdir”

Azərbaycana səfər edən turistlərin 70 faizi ölkəmiz ilə vizasız rejimdə olan ölkələrin vətəndaşlarıdır”.

“Report” yazır ki, bunu “ASAN Viza” portalının təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Onun sözlərinə görə, vizasız rejimdə olan ölkələrdən turist axını onun göstəricisidir ki, bu rejim turistlərin sayının artırılmasına böyük təsir edir: “Turizm sahəsində viza prosedurunun sadələşdirilməsi olduqca vacibdir. Bu prosedur sadələşdirilildikdə digər ölkələrdən gələn turistlərin sayında da artım qeydə alınacaq”.

Nazir müavini qeyd edib ki, 2016 cı ilin ötən dövrü ərzində ölkəyə gələn turistlərin sayında 11 faiz artım müşahidə olunub: “Bu il İrandan gələn turistlərin sayı 58, Rusiyadan 7.4, Qazaxıstandan 15 faizdən çox artıb”.

Nazim Səmədov deyib ki, elektron viza tətbiq edildikdən sonra Azərbaycana Avropa ölkələrindən gələnlərin sayında da artım baş verib:

“Hazırda bizim əsas məqsədimiz nəinki statuslu hava limanlarında, ümumiyyətlə, bütün dövlət sərhəd keçid məntəqələrində viza rəsmiləşdirilməsi imkanlarının yaradılmasıdır”.

Nazim Səmədov bu il ölkəyə gələn turistlərin sayında 11 faiz artım olduğunu da deyib. Bildirib ki, ümumilikdə ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb: “Təkcə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 33 dəfə artıb. Tam statistika üçün hələ 1-2 həftə gözləməliyik. 12 ölkənin vətəndaşlarına hava limanında viza verilməsi təmin edilib. Bunlar Körfəz ölkələri, Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya və İndoneziyadır. Lakin “ASAN Viza” ilə dünyanın əsas ölkələrindən gələnlərin sayı artacaq”.

Ana səhifəXəbərlər”Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı artıb”