Avropa Olimpiya Komitələrinin prezidenti Rioda həbs edilib

Məlumata görə bu, “Olimpiya biletlərinin qeyri-qanuni satışı” ilə bağlıdır.

Source:
Patrick Hickey with the Aliyev family
Patrick Hickey with the Aliyev family

“Avropa Olimpiya Komitələrinin prezidenti Patrick Hickey Rio-de-Janeyroda həbs edilib”, Braziliya mediası xəbər verir.

Məlumata görə Patrick Hickeyin həbsi, “Olimpiya biletlərinin qeyri-qanuni satışı” ilə bağlıdır.

“71 yaşlı Hickey biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir”,  məlumatlarda deyilir.

Bundan bir neçə gün öncə Rioda bir kişi 800 qeyri-qanuni biletlə yaxalanıb.

Polisin bildirdiyinə görə, onlar Hickeyi həbs etməyə gələndə o, qaçmağa cəhd edib.

Hickey həmçinin İrlandiya Olimpiya Komitəsinin prezidentidir.

Bakıda keçirilən ilk Avropa Oyunları onun ideyası hesab olunur.

Patrick Hickey 2015-ci ildə İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunub.

Patrick və İlham Əliyev
Patrick və İlham Əliyev

Mənbə:

BBC

Ana səhifəXəbərlərAvropa Olimpiya Komitələrinin prezidenti Rioda həbs edilib