''Avropa Məhkəməsinin hökumətin jurnalistə kompensasiya verməsi barədə qərarı yerinə yetirilmir''

Müşfiq Hüseynov

Müşfiq Hüseynov

Avropa İnsan Haqları Məhkəməsi Müşfiq Hüseynovun hüquqlarının pozulduğunu tanıyıb

Avropa İnsan Hüquqları Məhkəməsi “Bizim Yol” qəzetinin müxbiri Müşfiq Hüseynovun hüquqlarının pozulması barədə şikayətini təmin etib.

Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin Avropa İnsan Hüquqları Konvensiyasının 5.3 (azadlıq və toxunulmazlıq hüququ) və 6.2 (ədalətli Məhkəmə araşdırması hüququ) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu tanıyıb və buna görə 4 min avro kompensasiyanın ödənilməsi barədə qərar qəbul edib.

Ancaq qərar iyulun 18-də qüvvəyə minsə də, icra olunmayıb.

Bu barədə vəkil Samirə Ağayeva “Facebook” profilində məlumat paylaşıb.

Vəkil deyib ki, onlar Avropa Məhkəməsinin Azərbaycan üzrə nümayəndəsi Çingiz Əsgərova bir necə dəfə müraciət ediblər, həm də, Müşfiq Hüseynovun bank rekvizitlərini göndəriblətr. Amma heç bir cavab ala bilmirlər.

“Beləliklə, Avropa Məhkəməsinin bir sıra qərarlar kimi bu qərar da icra olunmayıb”.

M.Hüseynov 2007-ci ildə Azərbaycan Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) ilə təqsirli bilinərək həbs edilib. 2009-cu ilin dekabrında əfv olunub.

Vəkil Əsabəli Mustafayev də Azərbaycan hökumətinin azad seçki hüququnun pozulması və aksiyalarda iştiraka görə Avropa Məhkəməsinin qərarlarına əsasən verilməli olan maddi ödənişləri bir ildən çoxdur dayandırdığını Meydan TV-yə bildirmişdi:

“2017-ci ildə bu istiqamətdə olan ödənişlər verilməyib. 2016-cı ildə olanların bir qismi verilib. Təxminən 100-ə yaxın şikayət təmin olunmayıb və vəsaitlərin üstünə faizlər də gəlib. Artıq Avropa Şurasının Nazirlər Komitəsinin saytında da bu məlumat əks olunub. Məsələ ondadır ki, mülki işlər üzrə hətta 2018-ci ilin qərarları yerinə yetirilir. Siyasi motivli işlərdə isə belə deyil. Burada bir məqam var. Siyasi işlərdə vəkil olanların adları mülki işlərdə keçirsə, onlara ayrılmış hüquqi yardıma görə kompensasiya ödənilmir. İşlərin sayı çox olsa da, məbləğ böyük deyil. Belə bir ayrı-seçkilik var”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xz304v

Ən çox baxılan