Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarları müzakirəyə çıxarılır

Nazirlər Komitəsində 7 qərarının müzakirəsi gözlənilir


Nazirlər Komitəsində 7 qərarının müzakirəsi gözlənilir

Martın 9-da Avropa Şurası Nazirlər Komitəsində (AŞNK) Avropa Məhkəməsinin qərarlarının icrasının müzakirəsinə

başlanıb

Bu, komitənin sayca 1398-ci toplantısıdır və 3 gün davam edəcək.

Komitə bu günlər ərzində 18 qərar və 20 qrup işini müzakirə edəcək.

Yekunda isə 100-dən artıq qərarın icra vəziyyəti ilə bağlı qərarını açıqlayacaq.

İcrası müzakirə ediləcək qərarlar Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kipr Xorvatiya, Gürcüstan, Yunanıstan, Macarıstan, İtaliya, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlıdır.

AŞNK Azərbaycanla bağlı ümumilikdə 7 qərarın – “Qafqaz Məmmədov Azərbaycana qarşı” qərarının və “Məmmədli işi” qrupuna daxil olan qərarların icrasını müzakirəyə çıxaracaq.

"Məmmədli işi" qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir.

Həmin qərarlar Anar Məmmədli, Həsənov və Başqaları, İntiqam Əliyev, Natiq Cəfərli, İbrahimov və Məmmədov, Xədicə İsmayılova ilə bağlıdır.

AİHM-in bu qərarları ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

"Qafqaz Məmmədov Azərbaycana qarşı" qərarı siyasi müxalifət tərəfindən planlaşdırılıb, təşkil edilən, ictimai asayiş baxımından heç bir təhlükə doğurmayan icazəsiz dinc etiraz aksiyasının dağıdılması və ərizəçinin sərbəst toplaşmaq azadlığına çoxsaylı aşırı müdaxilələrin edilməsi ilə bağlıdır.

AŞNK toplantıdan sonra qərarların icra durumu ilə bağlı qərarlarını elan edəcək.

Komitə AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.

2020-ci ilin dekabrına olan statistik bilgilərə görə, Azərbaycan AİHM qərarlarının icrasında ən pis göstəricilərə malik olan ölkələrdəndir.

AİHM indiyə kimi çıxardığı, Azərbaycanın üzərinə fərdi və ya ümumi öhdəliklər qoyan 276 qərarı icraya yönəldilib. Həmin qərarların cəmi 43-nün icrası başa çatıb.

Ana səhifəXəbərlərAvropa Məhkəməsinin Azərbaycanla bağlı qərarları müzakirəyə çıxarılır