Lətif Hüseynova aylıq 10 min avroya qədər əmək haqqı veriləcək
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycandan olan yeni hakimi Lətif Hüseynov vəzifəsinin icrasına başlayıb.
“Report” L.Hüseynovun hazırda Strasburqda yaşadığını yazır. Bu iş üçün aylıq 10 min avroya qədər əmək haqqı alacağı qeyd edilir.
AİHM-ə hakimlər 9 il müddətinə seçilir. Azərbaycanın AİHM-dəki əvvəlki hakimi Xanlar Hacıyev olub. Onun səlahiyyət müddəti başa çatıb.
L.Hüseynov bu təyinata qədər Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb.