Avropa Məhkəməsinə daha bir şikayət göndərilib

Şikayətdə Rauf Mirqədirovun valideynləri ilə görüşmək hüququnun məhdudlaşdırılması, qanunsuz olaraq Türkiyədə həbs edilməsi və başqa məsələlər öz əksini tapıb

Source:


Şikayətdə Rauf Mirqədirovun valideynləri ilə görüşmək hüququnun məhdudlaşdırılması, qanunsuz olaraq Türkiyədə həbs edilməsi və başqa məsələlər öz əksini tapıb

 “Zerkalo” qəzetinin aprelin 19-da Türkiyədən deportasiya olunaraq Bakıda həbs edilən siyasi şərhçisi, jurnalist Rauf Mirqədirovun hüquqlarının pozulması ilə əlaqədar olaraq Avropa Məhkəməsinə şikayət göndərilib.

Meydan TV-yə bu barədə məlumat verən Mirqədirovun vəkili Elmar Süleymanov bildirdi ki, şikayətdə jurnalistin valideynləri ilə görüşmək hüququnun məhdudlaşdırılması, qanunsuz olaraq Türkiyədə həbs edilməsi və hələ də Azərbaycanda həbsdə saxlanılması, telefon vasitəsilə əlaqəyə məhdudiyyət qoyulması, qardaş ölkədə hüquqlarının müdafiə edilməsinə qoyulan qadağa, ittiham üzrə heç bir sübutun təqdim edilməməsi və başqa məsələlər öz əksini tapıb.

Rauf Mirqədirovun həbsi əlaqədar hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, konfliktoloq Arif Yunus da artıq həbs edilib. Hər üç şəxsi eyni ittihamlar irəli sürülüb.

Ana səhifəXəbərlərAvropa Məhkəməsinə daha bir şikayət göndərilib