Avropa Məhkəməsi Xədicə İsmayılın daha bir şikayəti üzrə kommunikasiyaya başlayıb

Jurnalist qurumdan Avropa Konvensiyasının 6, 8 və 10-cu maddələrinin pozuntusunun tanınmasını xahiş edib

Source:

Jurnalist qurumdan Avropa Konvensiyasının 6, 8 və 10-cu maddələrinin pozuntusunun tanınmasını xahiş edib

Avropa Məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılın işi üzrə kommunikasiyaya başlayıb.

Bunu Meydan.TV-yə jurnalistin vəkili Fariz Namazlı deyib. Onun sözlərinə görə, bu işi Media Hüquq İnstitutu tərəfindən aparılıb. 2012-ci ildə Xədicə İsmayıla qarşı başlayan “qara piar” kampaniyası çərçivəsində həmin il, noyabrın 6-da hökümətyönümlü və ondan asılı olan “Səs” qəzetində dərc edilən “Tarixi deputatxana” adlı məqalədə X. İsmayılın şərəf və ləyaqəti alçaldılıb. Buna görə məhkəmə mübahisəsi başlanıb və «Səs» qəzetindən üzr istənilməsi, eləcə də 50.000 manat mənəvi zərərə görə kompensasiya tələb olunub. Ölkədaxili məhkəmələr X. İsmayılın şikayətini təmin etməyib və o, Avropa Məhkəməsinə müraciət edərək Avropa Konvensiyasının 6, 8 və 10-cu maddələrinin pozuntusunun tanınmasını xahiş edib.

07 yanvar 2016-cı ildə kommunikasiya başlayıb və Avropa Məhkəməsi aşağıdakı suallara cavab verilməsini xahiş edib: 1. Ərizəçinin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan şəxsi həyata hörmət hüququ pozulubmu? 2. Ərizəçinin Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulan ifadə azadlığı, xüsusən informasiya almaq və yaymaq hüququ pozulubmu? 3. Ərizəçi Konvensiyanın 6.1-ci maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququna malik olubmu? 4. Tərəflər «Səs» qəzetində dərc olunan “Tarixi deputatxana” məqaləsini ingilis dilinə tərcümə etsinlər.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Xədicə İsmayılın daha bir şikayəti üzrə kommunikasiyaya başlayıb